AUT.AZ

Tələb edir: Onu sərəncamıma gətirin

Erik ten Haq Harri Keyni sərəncamında görmək istəyir.

Aut.az “Manchester Evening News”a istinadla xəbər verir ki,  “Mançester Yunayted”in baş məşqçisi 29 yaşlı ingilisi hücumu gücləndirmək üçün prioritet hədəf hesab edir.

Hücumçunun “Tottenhem”lə müqaviləsi 2024-cü ilin yayında başa çatır. “Yunayted”, Harrinin bu yay qoşula biləcəyi yeganə Premyer Liqa klubu olaraq görülür.

Komanda Çempionlar Liqasına vəsiqəni demək olar ki, təmin edib. Ona görə də növbəti mövsüm üçün əsas məqsədlərdən biri hücum xəttini gücləndirməkdir.

Keyn bu mövsüm Premyer Liqada 26 oyuna çıxıb, 18 qol vurub və 2 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version