AUT.AZ

Spartak gedir, Nazim Süleymanov gəlir?

Rusiya Premyer Liqasında mübarizə aparan “Ximki” baş məşqçisi ilə yollarını ayıra bilər.

Aut.az xəbər verir ki, bu barədə Rusiyanın “RB Sport” saytı məlumat yayıb.

Spartak Qoqniyevin futbolçularla yola getmədiyi, klub rəhbərliyinin buna görə baş məşqçini yola salmaq istəyində olduğu bildirilib.

Qoqniyev bir müddət öncə fitnes zalında məşq edən Azər Quliyev və Dmitriy Tixinlə insident yaşamışdı ki, məlum qalmaqala Rusiya mətbuatında geniş yer ayrılmışdı.

Komanda daxilində vəziyyətin ürəkaçan olmaması klub rəhbərliyini qərar qəbul etməyə məcbur edir. Qoqniyev istefaya göndərilsə, hazırda əvəzedici komandanı çalışdıran Nazim Süleymanovun onu əvəz edəcəyi də ehtimal olunur.

“Ximki” 18 turdan sonra 13 xalla turnir cədvəlində 15-ci pillədə qərarlaşıb.

Exit mobile version