AUT.AZ

Şantaj edib, deyib ki, abort etdirməsən…

“Neymegen”in qapıçısı Yasper Sillessen keçmiş sevgilisi Maria Moran tərəfindən şantajda ittiham olunur.

Aut.az xəbər verir ki, bu barədə “FC Update” məlumat yayıb. Bildirilir ki, Qətərdə keçirilən dünya çempionatına az qalmış məlum olub ki, Sillessen idman jurnalisti olan Morandan uşaq gözləyir. Amma o, Moranı şantaj edib, tələb edib ki, abort etdirsin:

“Yasper, hətta hamilə olanda da məni bir neçə dəfə hədələdi və şantaj etdi. Məni çox qorxutdu. Dedi ki, abort etdir. Deyirdi ki, bunu etməsən səninlə olan şəxsi foto və videoları yayacam.  Demək olar ki, hər gün məni şantaj edirdi”.

Qızın vəkili daha əvvəl bildirmişdi ki, istintaq Sillessenə qarşı müxtəlif cinayət və mülki işlər açıb. İttihama görə ailəsini tərk edən qapıçı 2021-ci ilin oktyabrında doğulan və Kayetana adı verilən qızı üçün aliment ödəmir. Vəkilin sözlərinə görə, qapıçı hətta həbs cəzası da ala bilər.

Aut.az

Exit mobile version