AUT.AZ

Morqandan ona çağırış: Rədd et

Pirs Morqan, hökuməti tənqid etdiyi üçün BBC-dəki proqramdan uzaqlaşdırılan Qari Linekerə müraciət edib.

Aut.az xəbər verir ki, Morqan İngiltərə yığmasının sabiq üzvünə tövsiyə edib ki, telekanala qayıtmasın.

“Nə qədər acınacaqlı durum. Xatırladaq ki, BBC son dünya çempionatı başlamazdan əvvəl Linekerdən Qətərdə insan haqlarının vəziyyəti ilə bağlı siyasi bəyanatlar verməsini tələb edib. İndi Britaniyada öz fikrini bildirmək cinayətdir. Nə acınacaqlı vəziyyət.

Lineker BBC-ni rədd etməlidir, çünki mən Meqan Marklın  məzəmmətinə görə İTV-ni rədd etmişəm (Morqan Şahzadə Harrinin həyat yoldaşını Opra Uinfrə verdiyi müsahibəyə görə tənqid etdikdən sonra İTV-dən ayrılıb).

Söz azadlığı demokratiyanın təməl daşıdır. İngilislər, onlara  danışmağa və ya düşünməyə icazə verildiyinə razılaşdıqları anda demokratiya ölür”.

Aut.az

Exit mobile version