AUT.AZ

Klopp: Təkrarlana bilməyən möhtəşəm “üçlük” idi

“Liverpul”un baş məşqçisi Yurgen Klopp bildirib ki, komandasının hazırkı hücumameyilli oyunçuları Məhəmməd Salah, Roberto Firmino və Sadio Mane üçlüyünün əvəzedicisi deyil.

Aut.az xəbər verir ki, Klopp kimisə əvəzləmədiklərini, yeni komanda qurduqlarını deyib:

“Bu, təkrarlana bilməyən möhtəşəm “üçlük” idi. Onların futbola xüsusi münasibəti vardı, əla oynadılar. Komandada baş verən bütün dəyişiklikləri nəzərə alsaq, bizim üçün problem, gedən oyunçuları əvəz etmək deyil, yeni nəsə qurmaqdır.

Düşünürəm ki, cəlb etdiyimiz oğlanların hamısı həqiqətən böyük potensiala malikdir, ona görə də onları aldıq.

Uşaqlar inkişaf etməyə hazırdırlar, gəncdirlər, onları çoxlu futbol illəri gözləyir. Mənim işim odur ki, onlardan düzgün mövqelərdə və düzgün sistemdə istifadə edim. Bundan sonra onlar maksimumu göstərə bilərlər”.

Aut.az

Exit mobile version