AUT.AZ

Boykot: Oyundan sonra müsahibə verməyəcəklər

İngiltərə Premyer Liqasının müxtəlif klublarının bir sıra oyunçuları BBC proqramından kənarlaşdırılan Qari Linekerə dəstək olacaqlar.

Aut.az xəbər verir ki, həmin futbolçular oyunsonrası müsahibələri boykot etməyə hazırdırlar.

BBC-nin məlumatına görə, futbolçular boykot barədə xəbərdarlıq etmək və Linekerlə həmrəylik nümayiş etdirmək üçün İngiltərə Peşəkar Futbolçular Assosiasiyası (PFA) ilə əlaqə saxlayıblar. PFA-nın futbolçulara dəstək olacağı güman edilir.

Xatırladaq ki, Lineker daha əvvəl hökuməti tənqid etdiyinə görə aparıcısı olduğu “Match of The Day” verilişindən uzaqlaşdırılıb. Alan Şirer, İan Rayt və Aleks Skott Linekerə görə şoudan çəkiliblər.

 

Exit mobile version