AUT.AZ

2028-ci ilin yayına qədər və daha çox məvacib

“Mançester Siti” argentinalı hücumçusu Julian Alvares ilə müqavilənin uzadılması ilə bağlı danışıqlar aparır.

Aut.az xəbər verir ki, bu barədə “Twitter”də jurnalist Sezar Luis Merlo yazıb. İnsayderin sözlərinə görə, “şəhərlilər” müqavilənin müddətini uzatmaq üçün gələn həftə hücumçu ilə danışıqların yeni mərhələsinə keçirməyi planlaşdırır.

“Mançester Siti” Alvaresə 2028-ci ilin yayına qədər və daha yaxşı maliyyə şərtləri ilə yeni müqavilə təklif edəcək. Gözlənilir ki, futbolçu bu şərtləri qəbul edəcək.

Maraqlıdır ki, futbolçunun hazırkı müqaviləsi cəmi bir il az, 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

23 yaşlı Alvares bu mövsüm “Mançester Siti”nin heyətində 31 oyunda 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version