AUT.AZ

100-ə çatdı, yalnız Pepdən geri qalır

“Real”ın baş məşq  məşqçisi Karlo Ançelotti La Liqada 100-cü qələbəsini qazanıb. “Kral klubu” La Liqanın 25-ci turunda evdə “Espanyol”a 3:1 hesabı ilə qalib gəlib.

Aut.az xəbər verir ki, bunun üçün italiyalı mütəxəssisə 139 matç lazım gəlib.

La Liqa tarixində yalnız bir baş məşqçi 100 qələbəni ondan  daha tez qazanıb. Xosep Qvardiola “Barselona”da 132 matçda 100 qələbə qazanmışdı.

Ançelotti kimi Migel Munos “Real”da 139 matçda 100 qələbə qazanıb.

Aut.az

 

Exit mobile version