AUT.AZ

Ukrayna çəkilir, yerini bu ölkə tutacaq

Ukrayna 2030-cu ildə keçiriləcək dünya çempionatının oyunlarına ev sahibliyi etmək hüququnu itirə bilər.

Xatırladaq ki, 2022-ci ilin oktyabrında Ukrayna İspaniya və Portuqaliyanın turnirə ev sahibliyi etmək üçün birgə müraciətinə qoşulub.

Aut.az “The Athletic” nəşrinə istinadla bildirir ki, ölkənin 7 ildən sonra dünya çempionatının oyunlarına ev sahibliyi edə biləcəyi ehtimalı getdikcə çətinləşir. Çünki Rusiya ilə münaqişənin davam etməsi vəziyyəti mürəkkəbləşdirir.

Bundan başqa, Ukrayna Futbol Assosiasiyasının (UAF) rəhbərliyində də qeyri-müəyyənlik hökm sürür ki, noyabrda təşkilatın prezidenti Andrey Pavelko vəsaitlərin mənimsənilməsində şübhəli bilinərək həbs edilib. Fevralda məhkəmə onu bir ay müddətinə vəzifəsindən kənarlaşdırıb.

Mərakeş Ukraynanı əvəz edə bilər. Avropa-Afrika birgə təklifinin də səsvermədə qalib gəlmək şansı yüksək qiymətləndirilir.

FİFA-nın 2024-cü ildə keçiriləcək 74-cü Konqresində DÇ-2030-a ev sahibliyi edəcək ölkələr müəyyənləşəcək.

Aut.az

 

Exit mobile version