AUT.AZ

Tapançanı dizinə dirəyərək tələb ediblər ki…

Nqolo Kante başına gələn kriminal hadisə haqda danışıb.

Aut.az xəbər verir ki, bu haqda “France Football” nəşri məlumat yayıb. Bildirilir ki, Nqolonun tanışları iradəsinə zidd olaraq onu qeyri-rəsmi agentlər arasında çəkişmələrə sürükləyib. Onların bəziləri kriminal aləmlə əlaqədə olub.

Beləliklə, 2017-ci ildə belə bir hadisə baş verib: bir quldur “Çelsi”nin və Fransa millisinin yarımmüdafiəçisini maşına sürükləyib, orada dizinə silah dayayıb və oyunçunu təmsilçisini dəyişməyə məcbur edən sənədə imza atmağa məcbur edib.

“Onun ətrafında uzun illər qarğalar kimi dövrə vuran insanlar olub” – futbolçunun yaxınlarından biri bildirib.

Aut.az

Exit mobile version