AUT.AZ

Şəxsi həyatını hamıdan gizlədən cütlük – FOTOLAR

Marko Roys “Borussia Dortmund”un tarixinə düşməyə yaxındır. O, “arılar”ın Bundesliqadakı ən yaxşı bombardiri ola bilər.

Ötən həftə “Leypsiq”lə görüşdə fərqlənməklə rekordçu Maykl Zorkla çatan Roys daha bir uğura imza ata bilər. Almaniyalı vingerin vuracağı növbəti – 160-cı qol onun üçün tarixi olacaq. O, “Borussiya”nın ən məhsuldar futbolçusuna çevriləcək.

“Borussiya”nın əfsanəsinə ilham verən, çoxsaylı ağır zədələrdən sonra sağalmasına yardım edən kimdir?. Əlbəttə ki, həyat yoldaşı Skarlett Hartmann.

Skarlett 1993-cü ildə Dortmunddan 20 km aralıda yerləşən Haqen şəhərində anadan olub. O, Markodan dörd yaş kiçikdir.

Hartmann Almaniyada məşhur modeldir. Onun hobbisi daha maraqlıdır. At sürməklə ciddi maraqlanır və hətta bu sahənin əsas mütəxəssisləri – Tomas Müller və həyat yoldaşı tərəfindən hörmət qazanıb!

Ümumiyyətlə, Marko və Skarlet şəxsi həyatları haqqında danışmağı sevmirlər. Ona görə də tanışlıq hekayəsi yalnız özlərinə məlumdur. Bu, təxminən 2013-cü ildə baş verib. Mətbuatın diqqətini cəlb etməmək üçün uzun müddət gizli görüşüblər.

2019-cu ildə cütlük evlənib. Ailənin bir qızı var. Onun da adı məlum deyil. Valideynlər hələ də fotolarda körpənin üzünü gizlədirlər.

Amma məlum olan odur ki, Marko tarixi qolu ailəsinə həsr edəcək.

Exit mobile version