AUT.AZ

Rəsmi ittiham irəli sürüldü

Barselona prokurorları hakimlər komitəsinin keçmiş vitse-prezidenti Xose Mariya Enrikes Neqreiraya edilən ödənişlərdə korrupsiya iddiası ilə kluba qarşı rəsmi şəkildə şikayət edib.

Aut.az xəbər verir ki, “Barsa”dan başqa, prokurorlar cinayətdə Neqreyranın özünü, Kataloniya klubunun keçmiş prezidentləri Xosep Bartomeu və Sandro Roseli, keçmiş klub direktorları Oskar Qrau və Albert Soleri ittiham edirlər.

İş üzrə təqsirləndirilən şəxslər idman sahəsində korrupsiya, ədalətsiz idarəçilik və sənədlərin saxtalaşdırılmasında ittiham olunurlar.

Aut.az

Exit mobile version