AUT.AZ

“Qarabağ”: Avropada 40-cı, dünyada…

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni dünya reytinqini açıqlayıb.

Aut.az xəbər verir ki, bu barədə IFFHS-in rəsmi saytında məlumat verilib. 307 komandanın olduğu siyahıda Azərbaycan təmsilçilərindən yalnız “Qarabağ” yer alıb.

149 xala malik “köhlən atlar” ötən ayla müqayisədə 7 pillə irəliləyərək 62-ci sıradadır. Ölkə çempionu Argentinanın “Talyeres” (Kordoba) klubu ilə eyni xala malikdir.

Ağdamlılar Avropa təmsilçiləri arasında 40-cı olub.

İlk “3-lük”də müvafiq olaraq “Flamenqo” (Braziliya – 313 xal), “Real Madrid” (İspaniya – 308) və “Palmeyras” (Braziliya – 263) qərarlaşıb.

Exit mobile version