AUT.AZ

Qalmaqal: Spartak Ayaz Quliyevi söydü, ara qarışdı

“Ximki”nin baş məşqçisi Spartak Qoqnievlə komandanın oyunçuları Ayaz Quliyev və Dmitri Tixiy arasında ciddi münaqişə yaşanıb.

Aut.az xəbər verir ki, bu barədə “Çhampionat”a vəziyyətlə tanış olan mənbə bildirib. Hadisə cümə axşamı, martın 9-da “Ximki”nin bazasında baş verib.

Əsas komanda ilə məşqdən kənarlaşdırılan Quliyev və Tixiy idman zalında məşq ediblər. Əsas komanda Qoqnievlə birlikdə idman zalına gələndə Quliyev və Tixiy hələ məşqi  bitirməmişdilər ki, bu da “Ximki”nin baş məşqçisini qəzəbləndirib.

“Qoqniyev Tixiy və Quliyevin üstünə qışqırmağa, söyüş söyməyə, onların lazım olmadığını deməyə başladı. Yüksək tonda atışma bir neçə dəqiqə davam etdi. Bundan sonra əsas komanda məşqə başladı. Amma məşq Qoqnievin köməkçiləri tərəfindən həyata keçirildi. Spartak Tixiy və Quliyevin yanına gedərək hadisəni yenidən müzakirə etdi. Nəticədə münaqişə davam edib və yalnız “Ximki” təhlükəsizlik xidmətinin əməkdaşlarının sayəsində əlbəyaxaya davaya çevrilməyib”, – deyə mənbə bildirib.

Qeyd edək ki, “Ximki”nin əsas investoru azərbaycanlı iş adamı Tufan Sadıqovdur. Komandanın əvəzedici komandasının baş məşqçisi isə Nazim Süleymanovdur.

Aut.az

 

 

 

Exit mobile version