AUT.AZ

Özünü öldürəcək qədər axmaq deyil

“Tottenhem”in baş məşqçisi Antonio Konte London klubundakı gələcəyi barədə danışıb.

Aut.az xəbər verir ki, Konte bu haqda “Sky Sports”a danışıb:

“Uzun müddətdir deyirəm ki, bizə vaxt lazımdır, səbirli olmalıyıq. Amma burada elə bir mühit müşahidə edirəm ki, orada səbrə yer yoxdur, ya da ola bilsin ki, insanlar reallığı qəbul etmək istəmirlər.

Əgər bunu heç kim anlamaq istəməsə, gələcəyim haqda danışmayacağam, çünki klub mənim vəziyyətimi və bu məsələ ilə bağlı fikirlərimi çox yaxşı bilir. Möcüzə göstərə bilmərik. Mövsümün sonuna qədər klub üçün ölməyə hazıram, amma sonra nə olacaq, görəcəyik. Çünki özümü öldürəcək qədər axmaq deyiləm”.

“Tottenhem” Premyer Liqanın turnir cədvəlində 4-cüdür və bu həftə Çempionlar Liqasının 1/8 finalında iki oyunun nəticəsinə görə “Milan”a (0:1, 0:0) məğlub olaraq mübarizəni dayandırıb.

Aut.az

Exit mobile version