AUT.AZ

Okan İtaliya nəhənginin hədəfində

“Qalatasaray”ın baş məşqçisi Okan Burukun İtaliya nəhənglərindən birini çalışdırmaq ehtimalı yaranıb.

Aut.az xəbər verir ki, 49 yaşlı mütəxəssis “İnter”i çalışdıra bilər. Bu barədə İtaliyanın aparıcı nəşrləri məlumat yayıb.

Milan təmsilçisi yayda komandanı çalışdıran Simone İnzagini istefaya göndərmək istəyir. Onun əvəzunə türkiyəli çalışdırıcını bu posta gətirmək istəyirlər.

Mövsümün əvvəlindən “Qalatasaray”ı çalışdıran və bu klubdakı işləri yaxşı gedən mütəxəssin hansı qərarı verəcəyi hələ bilinmir. “İnter” də ona yad klub deyil. Buruk 2001-2004-cü illərdə İtaliya nəhənginin heyətində çıxış edib.

Qeyd edək ki, Okan Burukun rəhbərlik etdiyi “Sarı-qırmızılar” Super Liqada 23 turdan sonra 57 xalla liderdir.

 

Exit mobile version