AUT.AZ

O da zədələndi – Azərbaycanla oyunda olmayacaq

AVRO-2024-ün seçmə mərhələsində futbol üzrə milli komandamızla qarşılaşacaq Avstriya yığması daha bir itki ilə üzləşib.

Aut.az xəbər verir ki, müdafiəçi Filipp Lienhard zədələnib. “Frayburq”da forma geyinən 26 yaşlı futbolçu Avropa Liqasının 1/8 final mərhələsinin “Yuventus”la ilk oyununda (0:1) xəsarət alıb. Sağ budundan zədə alan müdafiəçinin uzun müddət yaşıl meydanlardan uzaq qalacağı bildirilir.

Avstriya yığmasında bundan əvvəl müdafiəçi David Alaba ilə yarımmüdafiəçi Ksaver Şlager zədə səbəbindən seçmə mərhələ oyunlarını buraxacağı açıqlanmışdı.

Qeyd edək ki, Avstriya – Azərbaycan oyunu martın 24-də keçiriləcək. Matçın start fiti saat 23:45-də veriləcək.

Exit mobile version