AUT.AZ

“Real”a keçməsi üçün 2 şərt: Üzr istəməlidir və…

“Real” 2024-cü ildə PSJ-nin hücumçusu Kilian Mbappeni transfer etməyə hazırdır.

Aut.az AS nəşrinə istinadən xəbər verir ki, Madrid klubu bu yay fransızı almağa cəhd etməyəcək, çünki çox baha başa gələcək. Bununla belə, 24 yaşlı futbolçu daha münasib qiymətə olarsa, “kral klubu” transfer haqda düşünə bilər.

Mbappenin “Real”a keçməsi üçün iki şərt var: Birincisi, transfer pulsuz olmalıdır və bu, 2024-cü ilin yayında, Kilianın PSJ ilə müqaviləsi başa çatdıqdan sonra mümkündür.

İkincisi, hücumçu 2021-ci ildə transferdən imtina edərkən “Real”a qarşı pis davrandığını açıq şəkildə etiraf etməli və üzr istəməlidir.

Aut.az

Exit mobile version