AUT.AZ

Karadeniz hələ də təklif alır: Onu öldürməsəydim…

“Rubin”in keçmiş yarımmüdafiəçisi, 43 yaşlı Gökdeniz  Karadeniz özünü formada saxladığını bildirib.

Aut.az xəbər verir ki, Karadeniz sabiq klubu haqda da danışıb və bildirib ki, artıq məşqçi kimi fəaliyyətə başlamağı planlaşdırır:

“Bir ay məşq etsəm, əla formada olacam. Mən hətta “Rubin”ə kömək edə bilərəm! Baş məşqçidən soruşun ki, ona Karadeniz lazımdır!”

Karadeniz “Hesab olunur ki, məşqçi kimi uğurlu karyera üçün ilk növbədə daxilində olan oyunçunu öldürməlisən. Sizinlə belə hal yaşanıbmı” sualına belə cavab verib:

“Əlbəttə. Onu öldürməsəydim, “Rubin”dən sonra problemsiz yeni klub tapacaqdım. İndi Türkiyədə oynaya bilərdim. Mənə hələ də meydana qayıtmağı təklif edirlər. Amma bu səhifəni özüm üçün bağladım”.

Karadeniz 2008-2018-ci illərdə “Rubin”də çıxış edib, bundan sonra futbolçu karyerasını başa vurub.

Aut.az

Exit mobile version