AUT.AZ

İstanbul klubu təkzib etdi: Rus futbolçu yalan danışır

“İstanbul Başakşəhər” Moskva “Dinamo”sunun hücumçusu Fyodr  Smolovun Türkiyə klubuna keçmək təklifindən imtina etməsi xəbərinə münasibət bildirib.

Aut.az xəbər verir ki, İstanbul klubunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Gökhan Yılmaz “Sport-ekspress” nəşrinə açıqlamasında rus futbolçunun yalan danışdığını bildirib:

“Smolov “Başakşəhər”ə keçməkdən imtina edib? Yox, elə deyil. Biz onun transferindən imtina etmişik”.

Daha əvvəl Smolovun maraqlarını təmsil edən “ProSports Management”in rəhbəri German Tkaçenko bildirmişdi ki, bu qış İstanbul klubu 33 yaşlı hücumçuya təklif göndərsə də, futbolçu bundan imtina edib.

Aut.az

Exit mobile version