AUT.AZ

İsrailli agent: Onu dalana dirədilər, inanmıram ki…

Tanınmış israilli agent Yakov Qerşenzon “Çelsi”sinin keçmiş sahibi Roman Abramoviçin futbola qayıdıb-qayıtmayacağı ilə bağlı fikir bildirib.

Aut.az xəbər verir ki, o, bu barədə “Championat”a verdiyi açıqlamada danışıb:

“Roman Abramoviç futbola qayıdacaqmı? Mən belə düşünmürəm. Onu “Çelsi” məsələsində dalana dirədilər.

Amma əsas odur ki, onun yaşadıqlarından yaxşı heç nə ola bilməz. Abramoviç futbolda hər şeyə nail olub, onu azarkeşlər və keçmiş futbolçular sevir və hörmət edirlər.

Şübhəsiz ki, ürəyində o, “Çelsi” azarkeşi olaraq qalır, amma başqa yerdə ciddi futbol layihəsi təşkil etmək istədiyini düşünmürəm. Bunda məntiq görmürəm”.

Aut.az

Exit mobile version