AUT.AZ

İspan polisi “Fənər” azarkeşini belə döydü – VİDEO

Avropa Liqasının 1/8 final mərhələsində keçirilən “Sevilya”-“Fənərbağça” qarşılaşmasında insident yaşanıb. 

Aut.az xəbər verir ki, oyun zamanı  İspaniya polisi türk azarkeşlərə qarşı güc tətbiq edib.

Xüsusilə də sosial şəbəkədə yayılan videoda polisin əvvəlcə tribunada baş verənləri səssizcə müşahidə etməsi, sonra fanatlardan birini aşağı çəkərək dəyənəklərlə döyməyə başlaması əks olunub.

Qeyd edək ki, qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Exit mobile version