AUT.AZ

Hökuməti tənqid etdi, proqramdan uzaqlaşdırıldı

İngiltərə yığmasının sabiq hücumçusu Qari Lineker siyasi çıxışına görə BBC-dən müvəqqəti olaraq uzaqlaşdırılıb.

Aut.az xəbər verir ki,  Lineker İngiltərədə qeyri-qanuni miqrantlarla bağlı qanun layihəsinə qarşı çıxış edib.

Bu qanunda göstərilir ki, ölkəyə qeyri-qanuni gələn miqrantlara sığınacaq verilməsin, həmçinin ölkədən qovulsun, daha sonra Britaniyaya giriş qadağası tətbiq edilsin və gələcəkdə vətəndaşlıq əldə etmələri mümkünsüz olsun. Lineker hökumətin ritorikasını 1930-cu illərdəki Almaniya ilə müqayisə edib.

Linekerin aparıcı olduğu məşhur futbol şousu “Match of the Day”nın yayımçısı, Qarinin sosial mediadan istifadəsinə dair razılıq əldə olunmayana qədər onun verilişdə olmayacağını bildirib:

“BBC Qari və komandası ilə danışdı. Biz onun son sosial media fəaliyyətini siyasətimizin pozulması hesab etdiyimizi bildirdik.

BBC onun sosial mediadan istifadəsinə dair razılaşdırılmış və aydın mövqeyə malik olana qədər proqramda görünməyəcəyinə qərar verib.

Futbol və idmanı işıqlandırmaqda Qarinin tayı-bərabəri yoxdur. Biz heç vaxt deməmişik ki, Qarinin öz fikri ola və ya onun üçün vacib olan məsələlərə münasibət bildirə bilməz, lakin ona söyləmişdik ki, siyasi məsələlərdən və ya siyasi mübahisələrdən uzaq durmalıdır”.

Aut.az

Exit mobile version