AUT.AZ

“Barsa”dan ayrılacağı tarixi açıqladı

“Barselona”nın hücumçusu Robert Levandovski Kataloniya klubunda daha neçə il keçirməyi planlaşdırdığı ilə bağlı sualı cavablandırıb.

Aut.az xəbər verir ki, Levandovski bu suala birmənalı cavab verməyib:

“Barsa”da daha neçə il keçirəcəyim haqda düşünmürəm. Hesab edirəm ki, yüksək səviyyədə bir neçə il keçirə bilərəm. Amma neçə il olduğunu bilmirəm. Əminəm ki, bir-iki ildən çox olacaq. “Klubdan çox” şüarının mənasını indi başa düşürəm”.

34 yaşlı hücumçu 2022-ci ilin yayında “Barselona”ya keçib və 4 illik müqavilə imzalayıb.

Bu mövsüm Levandovski bütün turnirlərdə 31 oyun keçirib, 25 qol vurub və 6 məhsuldar ötürmə edib.

Aut.az

 

 

Exit mobile version