AUT.AZ

Əməliyyat olundu

PSJ-nin braziliyalı hücumçusu Neymar bu gün, martın 10-da səhər saatlarında Qətərin paytaxtı Dohada sağ dizindən əməliyyat olunub.

Aut.az xəbər verir ki, bu barədə “L’Equipe” nəşri məlumat yayıb. Xatırladaq ki, daha əvvəl məlum olmuşdu ki, Neymar Fransa Liqa 1-in oyunlarından birində sağ dizindən aldığı ağır zədə səbəbindən təxminən 3-4 ay meydana çıxa bilməyəcək.

Bu mövsüm 31 yaşlı Neymar PSJ-nin heyətində bütün turnirlərdə 29 oyuna çıxıb, 18 qol vurub, 17 məhsuldar ötürmə edib. Braziliyalı futbolçunun Paris klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Aut.az

Exit mobile version