AUT.AZ

Üsyan etdi: “Bizim Messiyə ehtiyacımız yoxdur”

Fransanın PSJ klubunun keçmiş oyunçusu Jerom Roten Lionel Messini tənqid edib.

Aut.az xəbər verir ki, fransalı veteran futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsində “Bayern Münhen”ə məğlubiyyətdən sonra “RMC Sport”a açıqlamasında belə deyib:

“Bizim Messiyə ehtiyacımız yoxdur. Bu kluba can yandırmaq istəmir. Onun açıqlamalarını görmüşəm, deyir kluba uyğunlaşmışam. Hanı, necə? “Anje”, “Klermon” kimi rəqiblərə 18 qol vurub 16 asist etməklə işin bitdi? O, əhəmiyyətli matçlarda, sadəcə buxarlanır!

Onun Dünya Çempionatında oyununu gördüm. Millidə az-çox hərəkət edir. Əlbəttə, milli ilə klub fərqlidir. Ancaq sizə belə bir maaş ödəyən kluba hörmət etməyə borclusan. Yalnız PSJ ona bu qədər pul verə bilər. Parislilər Messinin onları qələbələrə daşıyacağına inandırdı. Ancaq heç bir şey qazana bilmirlər”.

Exit mobile version