AUT.AZ

Sponsor gəlirləri başdan aşır – Aktivləri satmayacaqlar

“Barselona”nın prezidenti Juan Laporta klubun maliyyə durumu haqda danışıb.

Aut.az xəbər verir ki, Laporta sponsor gəlirlərinin xeyli artdığını bildirib:

“Biz rıçaqları aktivləşdirməyi nəzərdən keçirmirik, çünki La Liqa bizə maliyyə feyr-pleyinə uyğunlaşmağımıza imkan verən əməliyyatları etməyə icazə vermir.  BLM-nin (Barça Licensing & Merchandising) 49%-nin satışı gəlir hesab edilməyəcək. Muzey də belədir – gəlir gətirir. “Barsa Studios” aktivlərdən asılıdır.

Biz Web3 (blokçeyn əsasında interneti təkrarlamaq ideyası), NFT olan törəmə şirkət yaratdıq… Əvvəllər bu, maliyyə feyr-pleyini qorumaq üçün istifadə olunurdu.

BLM üçün təkliflərimiz var. Borcu yenidən strukturlaşdırdıq, rekord sponsorluq gəliri əldə etdik. Hər şey indi olduğu kimi davam etsə, onda hər hansı aktivin satılmasını nəzərdən keçirməyəcəyik”.

Exit mobile version