AUT.AZ

Mütləq rekord

“Bayern” UEFA Çempionlar Liqasında yeni rekord müəyyənləşdirib.

Aut.az xəbər verir ki, Almaniya təmsilçisi buna turnirin 1/8 finalında PSJ-ni məğlub edərək (1:0 və 2:0), mərhələ adlamaqla nail olub. Münhen klubu bununla da tarixdə 21-ci dəfə Çempionlar Liqasının son 8 komandası sırasına yüksəliblər ki, bu da mütləq rekorddur.

Qeyd edək ki, “Bayern”nın 1/4 finaldakı rəqibi püşk nəticəsində bəlli olacaq. Mərhələnin oyunları isə aprelin 11-12-də və 18-19-da keçiriləcək.

Exit mobile version