AUT.AZ

Daha bir cinsi təcavüz qalmaqalı: 8 martda… – VİDEO

Futbol dünyası növbəti növbəti qalmaqalla silkələnib.

Aut.az xəbər verir ki, bu dəfə hadisələrin mərkəzində “Mançester Siti”nin futbolçusu Karl Uolker yer alıb. “The Sun” martın 8-də Mançesterdəki barların birində Uolker və onun sərgüzəştlərini əks etdirən video yayımlayıb. Görüntülərdən onun qızlara təcavüz və bir neçə dəfə uyğunsuz hərəkətlər etdiyi məlum olub. Polis Kayl haqqında araşdırmalara başlayıb.

Bundan sonra onun 9 illik həyat yoldaşı Enni Kilner sosial şəbəkədə paylaşım edib: “Elə bir zaman gəlir ki, sizə görə gölməçələrdən tullanmayan insanlar üçün okeanları keçməyi dayandırmalı olursan. İnsanların, onlar üçün etdiklərinizi, sizin üçün edəcəklərini düşünsəniz, həqiqətən məyus olacaqsınız. Hamının ürəyi eyni deyil”.

Başqa bir paylaşımda o, “Məncə, yadda saxlamaq vacibdir ki, insanlarla nə qədər mehriban olursan ol, bu, onları sənə qarşı mehriban etməyəcək” yazıb.

Enni daha sonra Uolkerin ünvanına ağır ifadəli mesajlar göndərib.

 

Exit mobile version