AUT.AZ

Bir saat ərzində satıldı

“Barselona” – “Real Madrid” matçının biletləri bir saatdan az vaxt ərzində satılıb.

Aut.az “Marca”ya istinadən xəbər verir ki, “Barselona” klub kartı olan azarkeşlər üçün bilet satışına sərbəst satışa 24 saat qalmış başlayıb.

Qalan biletlər satışın başlamasından bir saat keçməmiş tükənib.  Stadionun kassasında yalnız az sayda VIP biletlər qalıb.

“Barselona” La Liqanın 26-cı turu çərçivəsində martın 19-da “Kamp Nou”da “Real”ı qəbul edəcək.

Aut.az

Exit mobile version