AUT.AZ

“Başakşəhər” “Qarabağ”ın qisasını ala biləcək?

Bu gün Avropa Konfrans Liqasında 1/8 final mərhələsinin ilk matçlarına yekun vurulacaq.

Aut.az xəbər verir ki, ikinci oyun günündə 7 qarşılaşma keçiriləcək. Pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdıran “Gent” Belçikada Türkiyə “Başakşəhər”i ilə üz-üzə gələcək.

Ağdam klubunun Çempionlar Liqasının təsnifat oyunlarında məğlub etdiyi “Lex” və “Bazel” evdə müvafiq olaraq, “Yurqarden” və “Slovan”la üz-üzə gələcək.

Türkiyənin bu turnirdəki digər təmsilçisi “Sivasspor” isə səfərdə “Fiorentina” ilə qarşılaşacaq.

1/8 finalın ilk oyunu martın 8-də İtaliyada “Latsio” və “Alkmaar” komandaları arasında keçirilib. Görüş qonaqların qələbəsi ilə başa çatıb – 2:1.

Qeyd edək ki, bu raundun cavab matçları martın 15-də və 16-da olacaq.

Avropa Konfrans Liqası
1/8 finalın ilk oyunları

9 mart

21:45. AEK (Larnaka, Kipr) – Vest Hem (İngiltərə)

21:45. Şerif (Moldova) – Nitsa (Fransa)

21:45. Anderlext (Belçika) – Vilyarreal (İspaniya)

00:00. Fiorentina (İtaliya) – Sivasspor (Türkiyə)

00:00. Lex (Polşa) – Yurqarden (İsveç)

00:00. Bazel (İsveçrə) – Slovan (Slovakiya)

00:00. Gent (Belçika) – Başakşəhər (Türkiyə)

Exit mobile version