AUT.AZ

Ən yaxşılar oradadır, amma komanda deyil

“Liverpul”un keçmiş müdafiəçisi Ceymi Karraqer PSJ-nin Çempionlar Liqasından kənarlaşdırılmasından məmnun olduğunu bildirib.

Martın 8-də parislilər “Bavariya” ilə 1/8 finalın cavab oyununda məğlub olublar (0:2). Münhen komandası ümumi hesabda 3:0 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.

“Onların mübarizəni dayandırmasına şadam. Sadəcə, PSJ-ni sevmirəm. Bu, komanda deyil, bir növ xaosdur. Son 7 ildə onlar hamıdan çox xərcləyiblər, amma 5 dəfə 1/8 finalda mübarizədən kənarlaşdırılıblar. Onlarda dünyanın ən yaxşı oyunçuları var.

Və bütün bunlar gözəldir, çünki komanda olmağın nə qədər vacib olduğunu göstərir. Bu, həqiqətən də futbolda vacibdir. Biz komandada parlaq şəxsiyyətlər görməyi sevirik, amma PSJ heç də komanda deyil. Kilian Mbappe klubu dəyişməlidir”, –  Karrager “CBS Sports”un efirində deyib.

Aut.az

Exit mobile version