AUT.AZ

Yayda onu 60 milyona niyə almayıblar?

“Bavariya”nın idarə heyətinin sədri Oliver Kan klubun yayda Erlinq Haalandı “Borussiya”dan 60 milyon avroya almamağının səbəbini açıqlayıb.

Aut.az xəbər verir ki, Kan bu haqda “L’Equipe” nəşrinə verdiyi açıqlamada danışıb:

“Haalanda gəldikdə, maaş və bonuslar daxil olmaqla, ümumi transfer haqqı çox böyük olardı. Bəzən elə an olur ki, sanki zamanla ayaqlaşa bilmirsən.

Klubun iqtisadi sabitliyinə xələl gətirə biləcək heç bir iş görməyəcəyik. “Bavariya”nın borcu yoxdur. Bu, bizim fəlsəfəmizdir və uzunmüddətli perspektivdə, hətta rəqabət üstünlüyünə çevrilə bilər.

Qısa müddətdə klub borclana və ya investorlara müraciət edə bilər. Əgər idman nailiyyətlərimizi Avropanın böyük klublarının xərclədiyi maliyyə resursları ilə müqayisə etsək, aydın olar ki, “Bavariya” həmişə hamıdan üstün olub”.

Aut.az

 

Exit mobile version