AUT.AZ

Vandanın açıq-saçıq fotolarına elə abırsız şərh yazdı ki…

“Qalatasaray”ın futbolçusu Mauro İkardinin həyat yoldaşı Vanda Nara özünün “Wanda Intimate”s adlı alt paltarı kolleksiyasını təqdim edib.

Aut.az xəbər verir ki, yeni markanın reklamında 36 yaşlı model şəxsən rol alıb. “Wanda Intimates” ən seksual, ən rahat və ən isti alt paltarıdır” deyən Vanda təqdimat fotolarını 16,5 milyon izləyicisi olan “İnstagram” hesabında paylaşıb.

Abunəçiləri onun ünvanına maraqlı şərhlər yazıblar. Onlar arasında İkardi də olub. Vandanı soyundurmaq istədiyini açıq şəkildə etiraf edən Mauro özünü saxlaya bilməyib. 30 yaşlı futbolçu “Ən çox onu sizin əyininizdən çıxaranda xoşuma gəlir” yazıb.

Keçən il cütlüyün ayrıldığı barədə xəbər yayılıb. Ancaq sonradan onlar yenidən bir arada görünüblər. Fevralın sonunda Vanda Mauro ilə birlikdə olduqlarını təsdiqləyib.

Qeyd edək ki, İkardi “Qalatasaray”da icarə əsasında çıxış edir. O, müqavilə ilə PSJ-yə məxsusdur.

Exit mobile version