AUT.AZ

Qalmaqal: Cinsi qısnamaya haqq qazandırdı, istefa verdi

“Anje”nin baş məşqçisi Abdel Buazama istefa verdiyini açıqlayıb.

Aut.az xəbər verir ki, 54 yaşlı fransız mətbuata sızan sözlərindən sonra yaranan qalmaqala görə Liqa 1 komandasını tərk edib.

26-cı turun “Monpelye” ilə matçından (0:5) əvvəl cinsi qısnamada ittiham olunan müdafiəçi İles Şettiyə heyətdə yer  vermək istəyini “bunda qəbahət yoxdur, hamımız qızlara toxunuruq” ifadələri ilə izah etdiyi üçün Buazama kəskin tənqid olunurdu.

O, sonradan açıqlama verərək futbolçunun motivasiyasını artırmaq üçün belə dediyini bildirsə də, tənqidlər səngiməyib və mütəxəssis istefa verməli olub.

Buazama “Anje”yə keçən ilin noyabrından rəhbərlik edirdi.

Aut.az

 

Exit mobile version