AUT.AZ

Messinin üzündəki təbəssüm nədən xəbər verir? – VİDEO

PSJ-nin futbolçusu Lionel Messi ətrafındakı söz-söhbətlər artmaqdadır.

Aut.az xəbər verir ki, argentinalı futbolçunun yayda mümkün klub dəyişikliyi ilə bağlı müzakirələr aparılır. İddialar var ki, dünya çempionu Paris təmsilçisi ilə iyunda başa çatacaq müqaviləsini yeniləməyə bilər. Leonun ABŞ və Səudiyyə Ərəbistanında oynaya biləcəyi, hətta “Barselona”ya qayıdacağı haqda danışılır.

Bütün bunların fonunda onun PSJ-də qalacağı nədənsə ehtimal edilmir. Səbəblər çox fərqlidir – yorğunluqdan tutmuş komanda yoldaşları ilə pis münasibətlərə qədər.

Bununla belə, PSJ-nin dünənki məşqi göstərdi ki, Leo əla əhval-ruhiyyədədir. “Bayern”lə ilk oyunda qeydə alınan məğlubiyyət belə onda narahatlıq yaratmır. Parislilər UEFA Çempionlar Liqasındakı mübarizəni davam etdirsə, bəlkə də yayılan şayiələrin mənası qalmayacaq.

Qeyd edək ki, PSJ bu gün ÇL-in 1/8 final mərhələsinin cavab oyununda “Bayern”in qonağı olacaq. Tərəflər arasında keçirilən ilk görüşdə Münhem təmsilçisi minimal hesablı qələbə qazanıb.

 

Exit mobile version