AUT.AZ

Messinin atası ilə görüşdə nələri müzakirə ediblər?  

“Barselona”nın prezidenti Joan Laporta Lionel Messinin atası ilə görüşdə nədən danışdıqları haqda məlumat verib.

Aut.az xəbər verir ki, Laporta Messi üçün vida matçının təşkili haqda təklif verdiyini deyib:

“Görüşdük. Mən onu Argentinanın dünya çempionatındakı qələbəsi münasibətilə təbrik etdim.

“Barsa”nı çox sevən Messiyə hörmətimizi necə izhar edə biləcəyimiz haqda müzakirə apardıq (söhbət vida matçının təşkilindən gedir).

Leoya hörmət etdiyim üçün onun haqda başqa klubun futbolçusu kimi danışmaq istəmirəm. Messiyə gələndə, söhbət puldan getmir, biz dəyərdən danışırıq”.

Aut.az

 

Exit mobile version