AUT.AZ

Məhkəmədə ona uduzdular

Fransa millisinin keçmiş futbolçusu Hatem Ben Arfa məhkəmədə PSJ-yə qalib gəlib.

Aut.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Liqa 1 klubu tərəfindən “mənəvi təqib”ə məruz qaldığı üçün məhkəməyə müraciət edib. Məhkəmə onun şikayətini qismən təmin edib. Arfa 100 min avro təzminat alacaq.

Ben Arfa 2016-2018-ci illərdə PSJ-də forma geyinib. Paytaxt təmsilçisinin heyətindən ədalətsizliklə uzaqlaşdırıldığını iddia edən futbolçu, daha sonra klubdan müqavilənin şərtlərinə əməl etmədikləri üçün 7-8 milyon avro təzminat tələb edib.

Ben Arfa PSJ-nin heyətində bütün turnirlər daxil olmaqla 32 oyuna çıxıb, 4 qol vurub və 7 məhsuldar ötürmə edib.

Exit mobile version