AUT.AZ

Kadırovun 10 milyonluq atını oğurladılar

Kadırov oğurlanan atının qiymətinin 18 min dollar deyil, ən azı 10 milyon dollar olduğunu bildirib.

Aut.az “TASS” agentliyinə istinadən xəbər verir ki, Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Çexiyada oğurlanmış Zazu adlı yarış atının ən azı 10 milyon dollar dəyərində olduğunu bildirib.

Çex polisi hazırda ingilis damazlıq atın oğurlanması faktını araşdırır

“Yeri gəlmişkən, sizdən xahiş edirəm ki, atımın dəyərini aşağılamayasınız. Təmiz cins Zazunun qiyməti nə az, nə çox, 10 milyon dollardır”, – Kadırov deyib.

Kadırov onu da əlavə edib ki, hələ 2014-cü ildə Zazu ona qarşı “sanksiyaların ilk qurbanı” olub.

Exit mobile version