AUT.AZ

İki əfsanənin efirdə 0:7 zarafatı

Ceymi Karrager “Mançester Yunayted”in “Liverpul”a 0:7 hesabı ilə məğlub olmasından sonra Peter Şmeyxeli xeyli ələ salıb.

Aut.az xəbər verir ki, “Liverpul”un keçmiş müdafiəçisi martın 7-də Çempionlar Liqasının oyunlarını şərh etmək üçün “CBS Sports” studiyasında ekspert idi. “Mançester Yunayted”in sabiq  qapıçısı isə “Çelsi” – “Borussiya” matçında stadionda çalışıb.

Karrager Şmeyxelə gülərək, masasının üstündəki 7UP qutusuna işarə edib, yayım boyunca bir neçə dəfə yeddi rəqəmi ilə bağlı hadisələri yada salıb.

“Peter, indi Çempionlar Liqasında mart matçlarıdır. Martın yeddisi mənim üçün çox önəmlidir. Bu oyunlarda mübarizə çox sərt olur, dediyim kimi, martın 7-də. “Stemford Bric”də bunu  əhəmiyyətini hiss edirsinizmi?” – studiyada olan  Karrager stadionda olan Şmeyxeldən soruşub.

Sonra əlavə edib: “Bellinqem bir ulduzdur. Deyəsən, yayda gedəcək. Hansı məbləğdən danışırıq? Deyəsən, yeddidən başlamaq və onun üzərində dayanmaq lazımdır”.

“Peter, sabah “Milan”ın matçında olacaqsan. Onların Çempionlar Liqasında mübarizəni dayandırması nə qədər realdır? Söhbət yeddiqat qaliblərdən gedir, mən yeddi dəfə Çempionlar Liqasının qalibi olmuş komandanı nəzərdə tuturam”, – Ceymi bildirib.

Danimarkalı bilirdi ki, Karrager efirdə ona lağ edəcək. Ona görə də, öncə onu eşitmədiyini  bildirdi. Daha sonra isə belə dedi: “Biz sizi yeddi xal qabaqlayırıq”.

 

“Narahat olmayın, biz 7UP-dan həzz alırıq!” – Karrager cavabında deyib.

Aut.az

 

Exit mobile version