AUT.AZ

Hakimiyyəti yıxıb-sürüdü

Gürcüstan millisinin sabiq futbolçusu Şota Arveladze ölkədə xarici agentlərlə bağlı qanunun əleyhinə çıxıb.

Aut.az xəbər verir ki, martın 7-də Gürcüstan parlamenti “xarici agentlər” haqqında qanunu birinci oxunuşda qəbul edib. Bundan sonra Tbilisidə minlərlə insan etiraz aksiyasına çıxıb.

“Gələcəyimiz ancaq Avropa ola bilər. Müstəqillik əldə etdiyimiz gündən yaxşı-pis, daha yaxşı ölkəyə çevrilə bilmişik, amma belə həlledici mərhələdə özümüzə problem yaratmamalıyıq.

Seçimimizə sual işarəsi qoymaq, ona yenidən baxmağa icazə verilmir. Biz Avropanın bir hissəsiyik.

Təxminən bir əsr əvvəl Sovet İttifaqı Sandro Axmeteli, Mixail Cavaxişvilini və digər böyük gürcüləri agent və casus hesab edirdi. Amma onların düzgün və vətənpərvər fəaliyyətinə tarix, nəhayət ki, düzgün qiymət verirdi.

Heç bir qanun və ya hökumət bir insanı fərqli fikir və ya fəaliyyətə görə agent kimi ləkələmək rıçaqına malik ola bilməz, biz bunu keçmişdə saxlamışıq. Qanun rəqabəti, fikir ayrılığını və azadlığı məhdudlaşdırmaq məqsədi daşıyır”, – Arveladze deyib.

Qeyd edək ki, “Napoli”nin futbolçusu Xviça Kvaratsxeliya da Tbilisidə keçirilən etirazı dəstəkləyib.

 

Aut.az

Exit mobile version