AUT.AZ

Gürcüstan klubları etirazçıları dəstəkləyir – Bəyanat yaydılar

Gürcüstan klubları ölkədə xarici agentlər haqqında qanuna qarşı çıxıblar.

Aut.az xəbər verir ki, martın 7-də Gürcüstan parlamenti “xarici agentlər” haqqında qanunu birinci oxunuşda qəbul edib. Bundan sonra Tbilisidə minlərlə insan etiraz aksiyası keçirib.

“Tbilisi “Dinamo”su Gürcüstanın kimliyinin əsas daşıyıcılarından biri kimi gürcü xalqının özünü ifadə etməsi üçün əsas hərəkətverici qüvvələrdən biridir və olacaq.

Böyük “Dinamo” ailəsi olan klubumuz Gürcüstanın Avropa yolunu dəstəkləyir. Biz bu təşəbbüsə (xarici agentlər haqqında qanun layihəsinin qəbulu haqqında) yolumuzdakı təhlükə kimi baxırıq.

Ölkəmiz kimi futbolumuzun da inkişafa ehtiyacı var və Gürcüstan əhalisinin əksəriyyəti bu inkişafın mümkünlüyünü yalnız Avropa ailəsində gördüklərini dəfələrlə qeyd ediblər.

Avropa İttifaqı ölkəmizin əsas məqsədlərindən biri olmalıdır və bu yolun legitimliyi yenidən nəzərdən keçirilə bilməz”, – Tbilisi “Dinamo”sunun bəyanatında deyilir.

“Qaqra”nın  Avropa seçimi olmaya bilməz, çünki yalnız Avropa ailəsində köçün (Abxaziyadan ) ağır yükündən xilas olmaq mümkündür.

Çünki Avropa yeganə ümiddir ki, bir gün Qaqradakı evimizə qayıdıb, öz arenamızda rəqiblərimizi qəbul edəcəyik. Çünki Gürcüstanın özü Avropadır”, – “Qaqra” klubunun açıqlamasında deyilir.

Aut.az

Exit mobile version