AUT.AZ

Deyir ki, belə kapitanla heç nə qazana bilməzlər

Denni Merfi “Mançester Yunayted”in kapitanı Bruno Fernandesin davranışından narazıdır.

Aut.az xəbər verir ki, “Liverpul”un sabiq futbolçusu belə kapitanla MY-nin heç nə qazanmayacağını iddia edib:

“Əlbəttə ki, tənqid olunası adam təkcə o deyil. Bəziləri “Bəs Məhəmməd Salah?” deyərək nəyəsə haqq qazandıra bilərlər.

Amma “Liverpul”un kapitanı Salah deyil, Cordan Hendersondur. Siz heç görübsünüz ki, Cordanın sinəsindən itələyəndə, üzünü tutub yerə yıxılsın, qıvrılsın? Siz nə vaxtsa gördünüz ki, Henderson əllərini havaya qaldırıb yelləsin, 7 yaşlı uşaq kimi küssün?

“Yunayted” Bruno Fernandes kimi kapitanla Çempionlar Liqasını və ya Premyer Liqanı qazana bilməyəcək”.

 

Aut.az

Exit mobile version