AUT.AZ

Ceyhun təsdiqlədi: Rusiyalı futbolçuya təklif göndəriblər

“Beşiktaş”ın baş direktoru Ceyhun Kazançı “Lokomotiv”dən Dmitri Barinovu transfer etmək istədikləri ilə bağlı yayılan xəbərləri dəyərləndirib.

Aut.az xəbər verir ki, daha əvvəl “Lokomotiv”in idman direktoru Dmitri Ulyanov “Match TV”yə müsahibəsində Türkiyə klubunun futbolçu üçün 1,5 milyon avrodan çox təklif etmədiyini bildirmişdi. Ulyanov bu təklifi qeyri-məqbul hesab etdiklərini bildirmişdi.

“Barinov klub üçün vacib oyunçudur, ona görə də onların mövqeyini və narazılığını başa düşürəm. Amma bizim də müəyyən büdcəmiz var. Futbolçu üçün nə qədər istədiklərini bilmirik. Lokomotiv 1,5 milyon avroluq təklifi rədd etdi və biz sadəcə işi bağladıq”, – Ceyhun “Sport24”ə deyib.

Aut.az

 

Exit mobile version