AUT.AZ

Ailəsi rahatdır deyə, getmir – “Real” girinc qalıb

Eden Azar “ Real”dan ayrılmaq fikrində deyil.

Aut.az “The Athletic”ə istinadən xəbər verir ki, yarımmüdafiəçi müqaviləsi başa çatana – 2024-cü ilin yayına qədər Madrid klubunda qalmaq niyyətindədir.

Fevralda belçikalı “Real” rəhbərləri ilə görüşüb və klub prezidenti Florentino Peresə komandada qalmaq istəyi barədə məlumat verib. Azar digər klublarla danışıqlar aparmır.

Qeyd olunur ki, Edenin prioriteti sevdiklərinin xoşbəxtliyidir. Futbolçunun ailəsi Madriddə çox rahatdır və oğullarından biri bu yaxınlarda “Real” akademiyasına qatılıb.

Bu mövsüm Azar “Real”ın heyətində bütün turnirlərdə 7 oyun keçirib, ümumilikdə 296 dəqiqə meydanda olub, 1 qol vurub, 1 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version