AUT.AZ

29 yaşlı futbolçu məşq zamanı öldü

Cənubi Afrika klubu “Riçards Bey” in yarımmüdafiəçisi  Sifamandla Mtolo məşq zamanı yıxılaraq dünyasını dəyişib.

Aut.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Faciə ötən çərşənbə axşamı baş verib. “Riçards Bay” futbolçunun ölüm səbəbini açıqlamayıb.

Cənubi Afrika Futbol Assosiasiyası Mtolonun ölümü ilə bağlı başsağlığı verib.

Mtolo 2020-ci ildə “Richards Bay”a qoşulub və bu mövsüm doqquz oyuna çıxıb.

Aut.az

Exit mobile version