AUT.AZ

UEFA onlara təzminat ödədi

UEFA 2022-ci ildə keçirilən Çempionlar Liqasının finalına bilet almış “Liverpul” azarkeşlərinə kompensasiya ödəyib.  

Aut.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilib. UEFA “Liverpul”un 19 618 azarkeşinə təzminat  verdiyini açıqlayıb.

“Stad de Frans” stadionunda baş verən iğtişaşlar səbəbindən matçın başlaması 36 dəqiqə gecikib. UEFA və Fransa daxili işlər naziri insidentə görə “Liverpul” azarkeşlərini günahlandırmışdı.

UEFA müstəqil hesabat hazırlayıb və iğtişaşlara görə təşkilatın məsuliyyət daşıdığı ortaya çıxdı. Bundan sonra UEFA “Liverpul” azarkeşlərinə təzminat ödəyəcəyini açıqlayıb. Onu yerli vaxtla saat 21:00-dan əvvəl stadiona daxil ola bilməyən və ya ümumiyyətlə “Stade de Fransa” gedə bilməyənlər alacaq. “Real” və arenaya girərkən problem yaşayan neytral azarkeşlərin də təzminat almaq hüququ var.

Exit mobile version