AUT.AZ

“Real”ın baş skautu onun atası ilə görüşdü

“Real”ın skaut xidmətinin rəhbəri Huni Kalafat Dortmund “Borussiya”sının və İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqemin atası ilə görüşüb.

Aut.az “Footmercato”ya istinadla xəbər verir ki, futbolçunun atası və Madrid klubunun nümayəndəsi Londondakı “Çelsi Harbour” otelində görüşüblər.

Görüşdə Kalafat klubun layihəsini təqdim edib və Bellinqemin bu işdə hansı rolu ola biləcəyini izah edib.

“Real” Bellinqemin transferinə ona görə ciddi yanaşır ki, Luka Modriç və Toni Kroosun komandadakı gələcəyi ilə bağlı aydın plana sahib deyil.

Müqavilənin ən azı 100 milyon avro dəyərində olacağı gözlənilir.

19 yaşlı Bellinqem bu mövsüm “Borussiya”nın heyətində bütün yarışlarda 31 matçda 10 qol vurub və 7 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version