AUT.AZ

Onları məcbur edib: Sakitcə oturun və şənliyi dinləyin

Erik ten Haq 0:7 hesablı məğlubiyyətdən sonra “Mançester Yunayted”in futbolçularını “Liverpul”un şənliklərinə qulaq asmağa məcbur edib.

Aut.az “Mirror”a istinadən bildirir ki, məğlubiyyətdən sonra “Mançester Yunayted”in baş məşqçisi oyunçuları soyunub-geyinmə otağında səssizcə oturmağa, futbolçuların və “Liverpul” azarkeşlərinin bayramını dinləməyə məcbur edib.

Bundan sonra o, futbolçularını sərt şəkildə tənqid edib. Bildirib ki, sizin bəxtiniz onda gətirib ki, evinizə qəzəbli azarkeşlərlə yox, klub avtobusunda qayıdacaqsınız.

Matçdan bir gün sonra ten Haq bazaya səhər saat 7-də gəlib.  Məşqçi heyəti və futbolçular isə səhər saat 9-da gəliblər. “Ten Haq çox qəzəbli idi. O, belə bir hadisə bir daha təkrarlanarsa, bütün futbolçuları U-21-ə göndərəcəyini dedi”, – “Mançester Yunayted”dəki mənbə bildirib.

Bundan əlavə, ten Haq bildirib ki, oyunçuları idman psixoloqu ilə əlavə seanslar gözləyir.

Aut.az

Exit mobile version