AUT.AZ

Neymarın zədələnməsinə elə sevinir, elə sevinir…

Fransa yığmasının sabiq futbolçusu Kristof Düqarri Neymarın zədələnməsi haqda danışıb.

Aut.z xəbər verir ki, Kristov braziliyalının zədələnməsinə sevindiyini gizlətməyib. O, bunun, baş məşqçi üçün şans olduğunu bildirib:

“PSJ üçün Neymarın zədələnməsinə sevinirəm. Düşünürəm ki, bu, Kristofer Qaltye üçün inanılmaz bir fürsətdir. Nə vaxtsa o, cəsarətini toplayıb Neymarı heyətdən uzaqlaşdırmalı idi, yeganə çıxış yolu bu idi. Neymarsız komanda daha balanslaşmış olacaq: beş müdafiə oyunçusu, üç yarımmüdafiəçi və ön xətdə Mbappe ilə Messi.

PSJ əks-hücumda rəqibi yaxalayacaq. Bu komanda vəziyyətə nəzarət edə bilmir, çünki topu itirəndə qarşıdakı üç oyunçu müdafiə olunmur və təhlükə yaranır. Onlar rəqibə həddən artıq çox şans verirlər.

Problem həm də ondadır ki, Neymarı əvəz edə biləcək futbolçular çox deyil. Ekitik hazırda lazımi səviyyədə deyil. Digər hücum oyunçuları orta səviyyədədir. PSJ-nin heyəti çox yaxşı deyil, zəif balanslaşdırılıb”.

Xatırladaq ki, “Lill”lə matçda Neymar topuğundan zədə alıb və bu səbəbdən mövsümün qalan hissəsini buraxacaq. Yaxın günlərdə PSJ-nin forvardı əməliyyat olunacaq.

Aut.az

 

Exit mobile version